üç qat bahasına haqqını vermək

* to pay through the nose платить втридорога
Üç eşşək bir axurdan arpa yeməz.
üç nəfərə atışmaq
OBASTAN VİKİ
Bazalt qat
Bazalt — normal cərgəli effuziv dağ süxuru, ən çox yayılan kaynotip süxurları. == Haqqında == Bazaltlar püskürmə suxurların əsas kütləsini təşkil edir. Onlar müasir okeanların diblərini təşkil etməklə yanaşı, quru sahələrdə də geniş əraziləri tutur. Məsələn, Mərkəzi Sibirdə çox böyük ərazi qalın bazalt layları ilə örtülmüşdür."Bazalt" həbəş dilində "bazal" (dəmirsaxlayan daş) sözündən törəmişdir və ilk dəfə Böyük Plini tərəfindən işlədilmişdir. Liparitlərdən fərqli olaraq bazaltlar qara rəngdə olur. Bazalt maqması daha duru olduğuna görə nazik axınlar yaradır və bu səbəbdən də daha tez soyuyur. Ona görə də bazaltların petroqrafik tərkibində vulkan şüşəsi çox olur. Maqmadan ayrılan qazların hesabına bazalt suxurları, adətən məsaməli olur. Bazalt maqması soyuyarkən çox vaxt bazalt suxurlarının içərisində seolit və kalsit kristallarının yelpikvari formaları əmələ gəlir. Bazalt suxurlarının içərisindəki boşluqlarda bəzən aqat mineralının nazik zolaqlım kristallarına rast gəlinir.
Qərbi Qat
Qərbi Qat (hind. पश्चिमी घाट), Saxyadri (hind. सह्याद्रि) — Hindustanın qərbində yerləşən dağ silsiləsi. Dəkkən yaylasının qərbi ilə şimaldan cənuba doğru uzaır. Dəkkən yaylası enziz sahil xətti ilə Ərəbistan yarımadasından ayrılır. Dağ silsiləsi Qucarat və Maxaraştra ştatlarının sərgəddindən başlayır və 1600 km məsafədə Maharaşta, Qoa, Karnataka, Tamilnad və Kerala şatatları ərazisi boyunca uzanır. Hindistanın cənubuna qədər uzanan dağların 60 % Karnatakedə yerləşir. Dağlar 60 000 km² sahəni əhatə edir. Onların orta hündürlüyü 1200 m, maksimal hündürlüyü isə 2695 metrdir (Anay-Mudi). Qərbi Qat dağları ayrıca bir sistem deyildir.
Sitat vermək hüququ
Sitat vermək hüququ (ing. Right to quote) — müəllif hüquqları ilə qorunan materialdan icazəsiz müəyyən məhdudiyyətlər daxilində sitat gətirmək hüququnu ifadə edir. Bu hüquq əsasən ədalətli istifadə (ing. fair use) və ya ədalətli rəftar (ing. fair dealing) prinsipləri çərçivəsində tətbiq olunur. Sitat vermək hüququ, elmi, tədqiqat və ya tənqidi əsərlərdə mənbə materiallarından sitat gətirməyə imkan verir, eyni zamanda orijinal müəllifin hüquqlarını qorumaq üçün bəzi qaydalara əməl edilməsini tələb edir. == Əsas xüsusiyyətləri == Sitat vermək hüququ müəllif hüquqları ilə qorunan materialın kiçik hissələrinin istifadə olunmasına icazə verir. Məqalələrdə, kitablar və ya tədqiqat işlərində mənbələrin dəqiq şəkildə göstərilməsini təmin etmək məqsədi daşıyır. Sitatın ölçüsü və miqyası, istifadə olunan mətnin məqsədinə uyğun olmalıdır və əsərin əsas məzmununu kopyalamaq məqsədini daşımamalıdır. Sitat vermək hüququndan istifadə edərkən, istifadə olunan mətnin orijinal müəllifi və mənbə dəqiq şəkildə göstərilməlidir.
Üç
Üç — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. İkidən sonra, dörddən əvvəl gəlir.
Məhsuldar qat (alt pliosen)
Altmış üç
Altmış üç — say sistemində ədədlərdən biridir. Altmış ikidən sonra, altmış dörddən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Altmış üç ədədi — tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
On üç
On üç — say sistemində ədədlərdən biridir. On ikidən sonra, on dörddən əvvəl gəlir. Mifoloji anlamlı olan on üç sayı haqqında da mənbələrdə xəbərlər vardır. Misal üçün, monqollar əcdad ruhlarının, torpaq hamisi ruhlarının sayını on üç bilmişlər. Əslində buddizmin bir qolu olaraq formalaşan lamaizmə qədər Buryat horinlərində də on üç sayı xüsusi dəyər daşımışdır. Onların etiqadına görə, cəhətlərin (şimal-cənub, şərq-qərb) on üç sahib ruhu (şamanı) vardır. Başqa bir məlumata görə, Mərkəzi və Cənubi Amerika sakinləri də on üç sayını müqəddəs bilmiş və onun xoşbəxtlik simvolu olmasına inanmışlar. On üç sayını italyanlar da uğurgətirən hesab etmişlər. On üç sayının qorxulu, bədbəxtlik gətirən, nəhs bilinməsi halları da vardır. Bu qənaətin kökündə mifoloji anlayışlar durur.
Otuz üç
Otuz üç — say sistemində ədədlərdən biridir. Otuz ikidən sonra, otuz dörddən əvvəl gəlir. Otuz üç ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də tək ədəddir.
Qırx üç
Qırx üç — say sistemində ədədlərdən biridir. Qırx ikidən sonra, qırx dörddən əvvəl gəlir. Qırx üç ədədi — tək ədəddir və eyni zamanda sadə ədəddir.
Səksən üç
Səksən üç — say sistemində ədədlərdən biridir. Səksən ikidən sonra, Səksən dörddən əvvəl gəlir. Səksən üç ədədi — tək ədəddir və eyni zamanda sadə ədəddir.
Yetmiş üç
Yetmiş üç — say sistemində ədədlərdən biridir. Yetmiş ikidən sonra, yetmiş dörddən əvvəl gəlir. Yetmiş üç ədədi — tək ədəddir və eyni zamanda sadə ədəddir.
Üç Bela
Üç Bela — 1998-ci il Ozan Arifin Destanlar Konuşuyor albomundan olan mahnı. Mahnının sözləri və musiqisi Ozan Arifə aiddir. Mahnı ABŞ, Rusiya və Çinin işğalçı siyasətini tənqid edir.
Üç F
Üç F — (port. "Três F" (Futebol, Fado e Fátima) "Futbol, Fado və Fatima" mənalarını bildirən ifadə, sosial fenomen. Portuqaliyada "Yeni Dövlət" (Estado Novo) avtoriatar rejimi dövründə, xüsusiylə 1951-ci ildən etibarən prezident Antoniu di Oliveyra Salazar dövrünü nəzərədə tutan bu ifadə, ölkədə sabitliyi saxlamaq üçün dövlətin istifadə etdiyi vasitə kimi nəzərdə tutulur. Futbol — Böyük böhran sonrası Latın Amerika və bir sıra Avropa ölkələrində ortaya çıxan ideoloji-siyasi hərəkatlardan geniş kütlələri yayındırmaq üçün dövlət əhalini futbola cəlb etməyə çalışırdı. Belə ölkələrdə iki klub arasındakı rəqabət daim önplanda saxlanılır, əhalinin, xüsusiylə də gənclərin mühabisə, müzakirə mövzusuna çevrilirdi. Portuqaliyada Sporting və Benfika klubları arasındakı rəqabəto dövrdən bəri davam etməkdədir. Fado — Portuqal gitarası müşayətində bir nəfər tərəfindən ifadə edilən, mövzusu hüzunlu olan tipik portuqal xalq musiqisi. Fatima — Portuqaliyanın mərkəzində yerləşərən Fatima adlı tarixi qəsəbədə, 1917-ci ildə 3 uşağın Bakirə Məryəmi görmələri barədə iddiaları, və bu dövrdə baş verən bəzi təbiət hadisələrinin xalq arasında ajiotaj yaradır. Daha sonrakı illərdə Vatikan bu hadisəni möcüzə kimi qəbul edir və Fatima kəndində baş verənləri ilahi mesaj və müqəddəs hesab etdiyini elan edir. Bu konteksdə "Fatima" sözü dinə, dini fanatizmə işarə edir.
Üç Paşa
Gənc türklər üçlüyü və ya Üç paşalar iqtidarı (osman. اوچ پاشلار, türk. Üç Paşalar) — Osmanlı dövlətinin son dövrlərində, İttihad və Tərəqqi Partiyasına mənsub olan və idarəçilikdə mütləq söz sahibi üç şəxsin, Daxili işlər Naziri və Sədrəzəm Tələt Paşanın, Hərbi Nazir Ənvər Paşanın və Donanma Naziri Əhməd Camal Paşanın de-fakto ittifaqına verilən qeyri-rəsmi ad. 1913-ci ildəki Bab-ı Əli hücumu ilə hakimiyyətə gələn bu üç paşa Osmanlı İmperiyasında bundan sonrakı dövrdə həqiqətdə tək söz sahibi insanlar oldular. Bu dövr Osmanlı İmperiyasının I Dünya Müharibəsində təsliminə qədər sürdü (30 Oktyabr 1918). İsmayıl Ənvər Paşa yalnız bir dəfə hər hansı bir hərbi fəaliyyətə (Sarıkamış Döyüşü) nəzarət etdi və Üçüncü Ordunu xarabalığa buraxdı. Birinci Suez Hücumu və Ərəb üsyanı Əhməd Djemalın ən əhəmiyyətli uğursuzluqlarıdır. Mudros müqaviləsidən sonra,1918-ci il 2 Noyabr günü bir Alman sualtı gəmisi ilə İstanbuldan qaçan Ənvər, Tələt və Camal Paşa daha sonra Erməni Deportasiyasının təsiri ilə edam cəzasına məhkum edildilər. Tələt və Camal Paşa Erməni birlikləri tərəfindən, Ənvər Paşa isə Rus inqilabı ərəfəsində Bəlçivan yaxınlığında baş verən bir döyüşdə öldürüldü. Birinci Dünya müharibəsindən və sonrakı Türk İstiqlal müharibəsindən sonra yeni qurulan Türkiyə Cümhuriyyətinin əhalisinin çoxu, eyni zamanda qurucusu Mustafa Kamal Atatürk Üç Paşanı Osmanlı İmperatorluğunun I Dünya Müharibəsinə girməsinə səbəb olduğu üçün geniş tənqid etdi.
Üç Paşalar
Gənc türklər üçlüyü və ya Üç paşalar iqtidarı (osman. اوچ پاشلار, türk. Üç Paşalar) — Osmanlı dövlətinin son dövrlərində, İttihad və Tərəqqi Partiyasına mənsub olan və idarəçilikdə mütləq söz sahibi üç şəxsin, Daxili işlər Naziri və Sədrəzəm Tələt Paşanın, Hərbi Nazir Ənvər Paşanın və Donanma Naziri Əhməd Camal Paşanın de-fakto ittifaqına verilən qeyri-rəsmi ad. 1913-ci ildəki Bab-ı Əli hücumu ilə hakimiyyətə gələn bu üç paşa Osmanlı İmperiyasında bundan sonrakı dövrdə həqiqətdə tək söz sahibi insanlar oldular. Bu dövr Osmanlı İmperiyasının I Dünya Müharibəsində təsliminə qədər sürdü (30 Oktyabr 1918). İsmayıl Ənvər Paşa yalnız bir dəfə hər hansı bir hərbi fəaliyyətə (Sarıkamış Döyüşü) nəzarət etdi və Üçüncü Ordunu xarabalığa buraxdı. Birinci Suez Hücumu və Ərəb üsyanı Əhməd Djemalın ən əhəmiyyətli uğursuzluqlarıdır. Mudros müqaviləsidən sonra,1918-ci il 2 Noyabr günü bir Alman sualtı gəmisi ilə İstanbuldan qaçan Ənvər, Tələt və Camal Paşa daha sonra Erməni Deportasiyasının təsiri ilə edam cəzasına məhkum edildilər. Tələt və Camal Paşa Erməni birlikləri tərəfindən, Ənvər Paşa isə Rus inqilabı ərəfəsində Bəlçivan yaxınlığında baş verən bir döyüşdə öldürüldü. Birinci Dünya müharibəsindən və sonrakı Türk İstiqlal müharibəsindən sonra yeni qurulan Türkiyə Cümhuriyyətinin əhalisinin çoxu, eyni zamanda qurucusu Mustafa Kamal Atatürk Üç Paşanı Osmanlı İmperatorluğunun I Dünya Müharibəsinə girməsinə səbəb olduğu üçün geniş tənqid etdi.
Üç alov
Üç alov (rus. Три огня) — Azərbaycan rok qrupu. 1967-ci ildə ADNA-nın tərkibində Çingiz Ədibin rəhbərliyi ilə yaradılıb. Qrup üzvləri "Beatles" qrupu tərzində bir qrup yaratmaq istəyirdilər. Lakin həmin dövrdə onların musiqi texnikası olmadığı üçün həmin qrupu təqlid etmək asan deyildi. Qrupa məşqlər üçün verilən yerin isə təmirə ehtiyacı var idi. Onlar çətinliklə olsa da, oranı təmir etdirdilər və demək olar ki, yenidən qurdular. Qrup Bakının üç alov simvolu ilə əlaqəli olaraq "Üç alov" ("Tri oqnya") adlandırıldı. Qrupun üzvləri Çingiz Ədib (solo gitara, vokal), Rüfət Kərimov (bass gitara), Pərviz Bayramov (orqanola), Pərviz Ədib (zərb alətləri) idi. Çingiz Ədib qrupun yeni fəaliyyət vaxtlarını belə xatırlayır: "Ansamblımızı təşkil edəndən sonra biz sakitcə işləməyə başladıq.
Üç bacı
3 bacı (film, 2012-2014) — teleserial. Üç bacı adından göründüyü kimi üç bacıdan bəhs edir. Üç bacı (pyes) — rus yazıçı Anton Çexovun pyesi. Üç bacı – Azərbaycanın milli mətbəxinə aid olan Badımcan dolmasının ikinci adı.
Üç dükan
"Üç dükan" məhəlləsi — Ərdəbil şəhərində yerləşən əski altı məhəlldən biridir.
Üç musiqiçi
Üç musiqiçi (isp. Tres músicos) — Dieqo Velaskes tərəfindən çəkilmiş yağlı boya rəssamı. Dərinlik hifzi yaratmaq üçün işıqkölgə adlı barokkonun texniki işənilib.
Üç muşketyor
Üç muşketyor(fr. Les Trois Mousquetaires)— Aleksandr Düma tərəfindən 1844-cü ilin mart-iyul aylarında hissə-hissə yazılmış roman. Bu romanda XVII əsrdə Dartanyan adlı gəncin evini tərk edərək, Parisə getməsindən və Qvardiyanın muşketyorlarına qoşulmasından bəhs edilir. Dartanyan başlıqda göstərilən üç muşketyordan biri deyil, muşketyorlar onun dostları olan, hamı bir nəfər üçün, bir nəfər hamı üçün ("tous pour un, un pour tous") şüarı ilə yaşayan ayrılmaz dostlar Atos, Portos və Aramisdir. Dartanyanın hekayəsi İyirmi il sonra və Vikont de Brajelon:On il sonra romanlarında davam edir. Düma tərəfindən yazılmış bu üç roman birlikdə Dartanyanın romansları kimi tanınır. Üç muşketyor ilk dəfə 1844-cü ilin mart iyul ayları arasında Fransanın Əsr (fr. Le Siècle) qəzetində ardıcıl formada nəşr olunub. Aleksandr Düma Üç muşketyoru yazdığı vaxtlarda qılıncoynatma ilə məşğul olub və Cozef Çarlemont (fransız ordusunda ixtisaslı qılıncoynatma təlimçisi olub) Çarlz Lekour və Mişel Casseuxun Savate və Kan de Kombat dərslərində iştirak edib. Fransada Dartanyan adlı gənc Qaskondakı ailəsini tərk edir və Parisə səyahət edərək, Qvardiyanın muşketyorlarına qoşulur.
İyirmi üç
İyirmi üç — say sistemində ədədlərdən biridir. İyirmi ikidən sonra, İyirmi dörddən əvvəl gəlir. İyirmi üç ədədi — sadə ədəd olmaqla yanaşı həm də tək ədəddir.
Əlli üç
Əlli üç — say sistemində ədədlərdən biridir. Əlli ikidən sonra, əlli dörddən əvvəl gəlir. Əlli üç ədədi — tək ədəddir və eyni zamanda sadə ədəddir.
Üç-Ovlaq
Üç-Ovlaq (qum. Уьч-Авлакъ, rus. Уч-Авлак), indiki rusca rəsmi adı Первомайское (Bir may kəndi) — Rusiya Federasiyasının Dağıstan Respublikasının Qayakənd rayonunda yerləşən bir kənd. Üç-Ovlaq kumıklar ovlağı kimi yaranmış yaşayış məntəqəsidir. 1928-1929 illərdə SSRİ hökuməti bu ovlağa darginləri köçürtdü, 1930 ildə isə özbaşına 10 böyük rus ailəsi də bura yaşamağa köçdülər. 1957-ci ildə çeçenləri bu kəndə köçürdərək kommunist bayramı olan 1 may şərəfinə Первомаское adını qoydular.
Üç Kuruş
Üç kuruş, rejissoru Sinan Öztürk olan, ssenari müəllifi Damla Serim və Eset Akçilad olan, ilk bölümü 1 noyabr 2021-ci ildə yayımlanan, Ay Yapım imzası ilə çəkilmiş, aksiyon, dram və detektiv janrında Türkiyə istehsalı olan televiziya serialıdır. Baş rolları Uraz Kaygılaroğlu, Ekin Koç və Necip Memili paylaşır. Çaka ailəsinin böyük oğlu Qartalın idarə etdiyi Çınqıraklı məhəlləsində İrfan adlı serial qatil tərəfindən bir-birinin ardınca qətllər törədilir. Qartal qatili tapmaq üçün Mütəşəkkil Şöbə Müvəkkili Efe ilə əməkdaşlıq edir və onlar qatili tutmağa çalışırlar. Serial İstanbul'un Fatih səmtinin Balat səmtində və Sarıyer mahalının Çayırbaşı səmtində çəkildiyi halda, bəzi səhnələr Beykozdakı köhnə ayaqqabı fabrikində cərəyan edir. Qartal Çaka (Uraz Kaygılaroğlu): Çıngıraklı məhəlləsinin lideridir. Efe Tekin (Ekin Koç): O, Mütəşəkkil Büronun üsyankar, idealist komissarıdır. Bahar Yöndel (Nəsrin Cavadzade): Nezih'in qızıdır. Leyla Çaka (Aslıhan Malbora): Qartal'ın bacısıdır. Oqtay Çaka (Civan Canova): Qartal'ın atasıdır.
Üç nöqtə
İki nöqtə — sadalanan sözlərdən əvvəl ümumiləşdirici söz gələrsə, ümumiləşdirici sözdən sonra iki nöqtə (:) qoyulur. "O bir sıra islahatlar: pul, torpaq, vergi və s. islahatlar aparılması haqqında göstəriş vermişdir." Özündən əvvəlki cümləyə intonasiya ilə bağlanıb, onu izah edən cümlələrdən və cümlə üzvlərindən əvvəl iki nöqtə qoyulur. "Camaat arasında belə bir inam var: "Dost üzünə açılan süfrə həmişə bərəkətli olar"" (S. Rəhimov). "Asanlıqla dil tapdılar: baxışla, təbəssümlə, nəfəslə." Üç nöqtə – adətən, yarımçıqlığı (tamamlanmamanı) bildirmək üçün istifadə olunan üç nöqtədən ibarət qrup (…). Çap mətnində bir və ya bir neçə sözün buraxıldığını göstərir. Qrafik interfeysli proqram məhsullarında menyu komandasının sonundakı üçnöqtə onu göstərir ki, o, seçildikdə dialoq pəncərəsi açılacaq. Proqramlaşdırma dilləri üzrə soraqçalarda və tətbiqi proqramların istifadəçi üçün təlimatlarında üçnöqtədən deyimin, funksiyanın və ya komandanın sintaksisinin təsvirində sintaksisin müəyyən elementlərinin təkrarlana bilməsini göstərmək üçün istifadə edilə bilər. Sitat daxilində göstərilən hissəyə qədər olan hissə verilmirsə, özündən əvvəl, özündən sonrakı hissə buraxılırsa, sonra üç nöqtə qoyulur. "Nəriman Nərimanov yazır: "Bu zamanda mədəniyyətli millətlər çalışırlar ki, dillərini və yazılarını asana çıxartsınlar…"" O cümlədən yüksək hiss-həyəcanla deyilən nəqli cümlələrdən sonra üç nöqtə qoyulur (əksərən, subyektiv və köşə yazılarında).